AzərbaycancaAzərbaycancaAzərbaycanca
  • 12 Zərgərpalan küç.

    Bakı, Azərbaycan

  • Bizə zəng edin

    (+99412) 492 4643

İngilis Dili Kursu

Bir səviyyə üçün təhsil haqqı: 440 AZN

Hər semestr 10 həftə davam edir və dərslər həftədə dörd dəfə: I, II, IV və V günlər keçirilir. Dərslər saat 8:00, 10:00, 17:00 və 19:00-da başlayır.  Hər dərs  90 dəqiqə davam edir.
İl ərzində dörd - Payız, Qış, Yaz və Yay semestrləri təşkil edilir.

Qeydiyyata düşmək üçün siz ilk növbədə ingilis dilindən bilik səviyyənizi müəyyən etmək üçün qəbul imtahanı verməlisiniz.

İngilis Dilini, həmçinin, fərdi şəkildə də öyrənmək mümkündür. 60 dəqiqəlik dərsin qiyməti 30 AZN təşkil edir.


The “International Learning Center” yerli və xarici müəllimlər tərəfindən tədris edilən Amerikan İngilis dili kurslarını təklif edir. Tədris kursunda "Top Notch" dərslikləndən istifadə edilir və dörd səviyyəli proqramı əhatə edir, ardınca IELTS/TOEFL hazırlığını özündə birləşdirən “Summit” dərsliklərindən istifadə edilərək 2 səviyyəli proqram tədris edilir. Bütovlükdə proqram danışıq ingilis dilinin inkişafı və istifadəsinə yönləndirilib.

 
Kursda xarici və yerli müəllimlərimiz, tələbələrin uğurlu məzun olmalarına zəmanət verirlər.  Bizim məzunlarımız, xarici və yerli şirkətlərdə, humanitar təşkilatlarda, dövlət müəssisələrində və xarici səfirliklərdə çalışır və təhsillərini xarici ölkələrdə davam etdirirlər.


Mərkəzimizdə təklif olunan altı səviyyəli proqramdan əlavə, Beynəlxalq Təhsil Mərkəzi mütəmadi olaraq dövlət müəssisələri, özəl şirkətlər və humanitar təşkilatlar üçün fərdi dərslər də təşkil edir.


Əlavə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.