AzərbaycancaAzərbaycancaAzərbaycanca
  • 12 Zərgərpalan küç.

    Bakı, Azərbaycan

  • Bizə zəng edin

    (+99412) 492 4643

Azərbaycan Dili

Bir səviyyə üçün təhsil haqqı: 720 AZN

Hər səviyyə 12 həftə ərzində davam edir.  Dərslər həftədə üç dəfə, hər dərs günü, iki 60 dəqiqəlik dərs keçirilir.

Azərbaycan Dilini həmçinin fərdi şəkildə də öyrənmək mümkündür. 60 dəqiqəlik dərsin qiyməti 30 AZN təşkil edir.


Qısa müddət ərzində Azərbaycan dilində sərbəst danışmağı öyrənin.


Beynəlxalq Təhsil Mərkəzi özəl Azərbaycan Dili kursları təklif edir.  1997-ci ildən etibarən fəaliyyət göstərən və üç səviyyəli proqramı əhatə edən intensiv Azərbaycan Dili kursları Azərbaycan danışıq dilini öyrənmək istəyən  xarici vətəndaşlar üçün əvəzsiz bir imkandır.

Bizim Azərbaycan dili müəllimlərimiz, qarşılıqlı ünsiyyət və danışıq metodları üzrə təlim keçmiş peşəkar müəllimlərdir. Beynəlxalq Təhsil Mərkəzinin Azərbaycan Dili dərslikləri  əhəmiyyətli qrammatik izahatlar və gündəlik istifadə olunan dialoqlardan ibarətdir. Dilin belə interaktiv tədrisi tələbələrin danışıq dilini tez bir zamanda mükəmməl öyrənmələrinə imkan verir.

Azərbaycan dili kursumuz, qısa müddət ərzində, danışıq dilini başlanğıc səviyyədən mükəmməl dərəcəyə qədər öyrənməyə imkan verən 3 səviyyəli intensiv proqramdan ibarətdir. Tələbələrimiz dərslərə payız semestrində başlayır. Əgər ehtiyac olarsa, tələbələrin xahişi nəzərə alınaraq, hər semestrdə fərqli səviyyələr üçün dərslər təşkil edilir.

Mərkəzimiz tərəfindən Azərbaycan dilinin qrammatikası və oxu kursları da təşkil edilir.

Əlavə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Tags: Azərbaycan dili xaircilər üçün, Əcnəbilər üçün Azərbaycan dili, Rus dili, Learn Azeri, Azerbaijani language, Azeri dili, Online Azeri courses