İNGİLİS DİLİNDƏ DÜŞÜN VƏ DANIŞ!
İNTERAKTİV TƏDRİS METODLARI
ƏYLƏNCƏ VƏ TƏDRİS BİR ARADA!
PEŞƏKAR, İNGİLİS DİLLİ MÜƏLLİMLƏR
 
Beynəlxalq Təhsil Mərkəzi məqsədyönlü və yüksək səviyyəli təhsil almaq üçün geniş imkanlar yaradır.  Biz hər bir kəsi bilik toplamağa, inkişaf etməyə və cəmiyyətə fayda verməyə ruhlandırıb istiqamətləndiririk.  İnsanları şəxsən dəyərləndirib onlara düzgünlük və ləyaqətlə xidmət nümunəsi göstərməyi özümüzə borc bilirik.


Həyatınızı dəyişdirmək istəyirsinizmi?  


Beynəlxalq Təhsil Mərkəzində siz sadəcə felin zamanlarını deyil, sərbəst ünsiyyət qurmağı, fikrinizi aydın şəkildə ifadə etməyi və başqa bir dildə düşünməyi öyrənəcəksiniz. Lakin bu hələ hər şey deyil! Beynəlxalq Təhsil Mərkəzində siz ömrünüz boyu davam edəcək dostluq münasibətləri qura biləcəksiniz. Mərkəzimizdə çalışan müəllimlər öz peşələrinə yaxşı bələd olan mütəxəssislərdir və onlar öz tələbələrinin uğur qazanmasının qayğısına qalırlar.  Müəllimlərimiz, təlim prosesinin ən yüksək keyfiyyət standartlarına cavab verməsi və tələbələrlə işçilər arasında münasibətlərin qurulmasına xidmət edən mühitin yaranması üçün əllərindən gələni edirlər.

Beynəlxalq Təhsil Mərkəzi, yüksək keyfiyyətli dil kursları olaraq, 1993-cü ildən etibarən Bakı şəhərinin mərkəzində fəaliyyət göstərir və Azərbaycanda dil tədrisi sahəsində yüksək tədris keyfiyyəti nümayiş etdirməyə davam edir. İngilis, Azərbaycan və Koreya dilləri üzrə interaktiv kurslar təklif edən Beynəlxalq Təhsil Mərkəzi dil tədrisi sahəsində öz birinciliyini saxlamağa çalışır. 

Arzumuz, sizi dil öyrənmək məqsədinizə çatdırmaqdır.  Bu məqsədinizə nail olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. 

 

 


BİZİM PERSONAL

Nathan Wagner
Təsisçi


Mark Lanford
Baş Müəllim


Mark Stanley
İngilis Dili Müəllimi


Susan Stanley
Məsləhətçi


Katya Nikonorova
İngilis Dili Müəllimi


HAMISINA BAX