İngilis Dili

İNGİLİS DİLİ >>> QEYDİYYAT

 

İngilis Dilini İngilis Dilli müəllimlərlə öyrənin.

Beynəlxalq Təhsil Mərkəzində məqsədimiz Sizə İngilis dilini müvəffəqiyyətlə öyrənməkdə kömək etməkdir. Bizim peşəkar müəllimlərimiz, ingilis dilini qarşılıqlı ünsiyyət və danışıq məşğələləri ilə zəngin olan müasir metodlar vasitəsilə tədris edirlər. Dərslərimizdə, “Top Notch” dərsliklərindən istifadə olunur. Mükafata layiq görülmüş bu dərslikdə olan müxtəlif məlumatlar, ünsiyyətə dair oyunlar və işlək dialoqlar, tələbələri İngilis Dilini mükəmməl öyrənməyə sövq edir.

Yuxarı səviyyələrdə tədris edən xarici müəllimlərimiz, tələbələrin uğurlu məzun olmalarına zəmanət verirlər.  Bizim məzunlarımız, xarici və yerli şirkətlərdə, humanitar təşkilatlarda, dövlət müəssisələrində və xarici səfirliklərdə çalışır və təhsillərini xarici ölkələrdə davam etdirirlər.

Mərkəzimizdə təklif olunan altı səviyyəli proqramdan əlavə, Beynəlxalq Təhsil Mərkəzi mütəmadi olaraq dövlət müəssisələri, özəl şirkətlər və humanitar təşkilatlar üçün fərdi dərslər də təşkil edir.

GƏLİN VƏ İNDİ BİZƏ QOŞULUN!

Əgər məqsədiniz İngilis dilini mükəmməl  öyrənməkdirsə, gəlin və bizim dərslərimizə qoşulun. Kurslara qeydiyyata düşməzdən əvvəl, siz ilk növbədə ingilis dilindən bilik səviyyənizi müəyyən etmək üçün qəbul imtahanı verməlisiniz. Hər semestr on həftə davam edir və dərslər həftədə dörd gün: I, II, IV və V günlər keçirilir. Dərslər, saat 8:00, 17:00 və yaxud 19:00-da başlayır. Hər dərs  90 dəqiqə davam edir. Əgər sizin oxumaq istədiyiniz səviyyədə boş yer yoxdursa, adınız gözləmə siyahısında qeyd olunacaq və növbəti semesterdə oxumaq imkanınız olacaqdır.

Təhsil haqqı 368 AZN-dir.