Azərbaycan Dili

Yenilik!

 Azərbaycan dili kursu:

Müddəti: 10 Yanvar – 07 Aprel.

Dərslərin saatı: 9:00-dan – 11:20 qədər.

Həftədə 3 dəfə, hər gün iki dəfə

60 dəqiqəlik dərslər, 20 dəqiqəlik fasilə ilə;

12 həftəlik kurs – 475 AZN

Bizimlə əlaqə saxlayın!

 Qısa müddət ərzində    
 Azərbaycan dilində
sərbəst danışmağı öyrənin.

Beynəlxalq Təhsil Mərkəzinin Azərbaycan Dili Proqramı mükəmməl Azərbaycan Dili kursları təklif edir.  1997-ci ildən etibarən fəaliyyət göstərən və üç səviyyəli proqrami əhatə edən intensiv Azərbaycan Dili kursları, Azərbaycan danışıq dilini öyrənmək istəyən  xarici vətəndaşlar üçün əvəzsiz bir imkandır.

Bizim Azərbaycan dili müəllimlərimiz, qarşılıqlı ünsiyyət və danışıq metodları üzrə təlim keçmiş peşəkar müəllimlərdir. Beynəlxalq Təhsil Mərkəzinin Azərbaycan Dili dərslikləri  əhəmiyyətli qrammatik izahatlar və gündəlik istifadə olunan dialoqlardan ibarətdir. Dilin belə interaktiv tədrisi tələbələrə  danışıq dilini tez bir zamanda mükəmməl öyrənmələrinə imkan verir.

Azərbaycan dili kursumuz, qısa müddət ərzində, danışıq dilini sıfırdan başlayaraq, mükəmməl dərəcəyə qədər öyrənməyə imkan verən, 3 səviyyəli intensiv proqramdan ibarətdir. Tələbələrimiz dərslərə payız semestrində başlayır. Əgər ehtiyac olarsa, tələbələrin xahişini nəzərə alıb, hər semestrdə fərqli səviyyələr üçün dərslər təşkil edirik. Bir qrupda ən azı yeddi tələbə təhsil alır.

Biz, Azərbaycan dilinin qrammatikası və oxu kursları da təşkil edirik. Əlavə məlumat almaq istəsəniz, bizimlə əlaqə saxlayın.

Dərslərdə yüksək nailiyyətlər əldə etmək istəyən tələbələr Azərbaycan dili məktəbinin  kitabxanasından  istifadə edə bilərlər.

Əlavə məlumat almaq üçün, bizimlə əlaqə saxlayın.